Kriminal

Sumqayıtda yanğın baş verdi - Video

31 Dec 2025, 22:52 1 baxış
Sumqayıtda yanğın baş verdi - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Azərbaycan prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.


Axar.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində metal və digər istehsalat tullantılarının qəbulu sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Ətraf ərazilər yanğından mühafizə olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər