Dünya

"Porsche" ABŞ-də 173 000-dən çox avtomobili geri çağıracaq

31 Dec 2025, 18:20 1 baxış
"Porsche" ABŞ-də 173 000-dən çox avtomobili geri çağıracaq
Alman avtomobil istehsalçısı "Porsche" 173 500 avtomobili geri çağıracaq. Buna səbəb arxa görüntü kamerasındakı problemdir - təsvir ekranda əks olunmur. Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat verib. Bildirilib ki, geri çağırılma 2024-25-ci il istehsalı olan "Cayenne", "Cayenne E-Hybrid", "911", "Taycan" və "Panamera" modellərinə, eləcə də 2025-ci il buraxılışı olan "Panamera E-Hybrid" modelinə şamil ediləcək. NHTSA qeyd edib ki, bu nəqliyyat vasitələri federal təhlükəsizlik standartlarına cavab vermir. Bundan əlavə, agentlik vurğulayır ki, dilerlər indi proqram təminatını pulsuz yeniləyəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər