Dünya

G20 xarici işlər nazirlərinin görüşünün tarixi bəlli oldu

31 Dec 2025, 14:18 1 baxış
G20 xarici işlər nazirlərinin görüşünün tarixi bəlli oldu
ABŞ-nin sədrliyi ilə G20 xarici işlər nazirlərinin 2026-cı ilə planlaşdırılan görüşünün tarixi bəlli olub. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi səfiri Marat Berdiyev məlumat verib Onun sözlərinə görə, sammit oktyabrın 30-31-də baş tutacaq. Qeyd edək ki, 2025-ci ildə "böyük iyirmilik" sammiti noyabrın 22-23-də CAR-da keçirilmişdi. Sessiyalar və ikitərəfli görüşlər qapalı qapılar arxasında, mediaya çıxış olmadan baş tutmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər