Dünya

Türkiyənin Artvin vilayətində qar uçqunu baş verib

31 Dec 2025, 14:42 1 baxış
Türkiyənin Artvin vilayətində qar uçqunu baş verib
Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunun Zekeriya kəndində qar uçqunu baş verib. Oxu.Az-ın "Anadolu" agentliyinə istinadən xəbərinə görə, bu barədə Artvin valisi Turan Ergün məlumat verib. "Zekeriya kəndində uçqun baş verməsi barədə məlumat aldıq. Ərazidəki çobanların uçqun altında qaldıqları ehtimal edilir. Komandalarımız hadisə yerinə çatmağa çalışırlar", - deyə Turan Ergün bildirib. O, həmçinin bölgədəki hava şəraitinin əlverişsiz olduğunu qeyd edib, Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) və digər müvafiq qurumların qruplarının, çətin şəraitə baxmayaraq, xilasetmə əməliyyatları üçün əraziyə çatmağa çalışdığını vurğulayıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər