Dünya

Ukrayna Krasnodar diyarında limana və neft emalı zavoduna dron zərbəsi endirib

31 Dec 2025, 12:36 1 baxış
Ukrayna Krasnodar diyarında limana və neft emalı zavoduna dron zərbəsi endirib
Ukrayna Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində dekabrın 31-nə keçən gecə limana və neft emalı zavoduna dron zərbəsi endirib. Oxu.Az-ın NV.ua nəşrinə istinadən xəbərinə görə, bu barədə Krasnodar diyarının Operativ Qərargahından məlumat verilib. Məlumata görə, dron hücumu nəticəsində limanda yanalma körpülərindən birinə, eləcə də neft emalı zavodundakı avadanlıqlara ziyan dəyib, yanğınlar baş verib. "Yanalma körpülərindən birində baş verən yanğın tez zamanda söndürülüb. Neft emalı zavodu ərazisində 300 kvadratmetrlik ərazini əhatə edən yanğın da söndürülüb", - deyə məlumatda bildirilib. Həmçinin hücum nəticəsində iki nəfərin yaralandığı da qeyd edilib.

{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər