Siyasət
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiq edildi
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilib: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi; - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru; - "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin İdarə Heyətinin üzvü; - Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü; - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri; - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü.
Mənbə
oxu.az
Oxşar Xəbərlər