Siyasət

Prezident Energetika Nazirliyinə yeni səlahiyyət verdi

30 Dec 2025, 16:35 1 baxış
Prezident Energetika Nazirliyinə yeni səlahiyyət verdi
"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliklə qanuna yeni maddə əlavə edilib: "17.3. Aşağıdakı bina və tikililər istisna olmaqla yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburidir: 17.3.1. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər); 17.3.2. yardımçı və müvəqqəti tikililər; 17.3.3. istixanalar və anbar binaları; 17.3.4. istehsalat binaları; 17.3.5. fərdi yaşayış evləri; 17.3.6. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri". Dövlət başçısı "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 304-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar fərman da imzalayıb. Fərmana əsasən, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına Energetika Nazirliyi nəzarət edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər