Dünya
Çin "Çjançjen-4-Bi" kartoqrafik peykini orbitə buraxdı
Çin xəritəçəkmə, torpaq ehtiyatlarının tədqiqi və elmi tədqiqatlar üçün nəzərdə tutulan "Tianhui-7" peykini orbitə buraxıb. Oxu.Az xəbər verir ki, məlumat "Xinhua" agentliyi yayıb. "Çjançjen-4-Bi" (CZ-4B, "Long March-4B") daşıyıcı raketi Çinin şimalındakı Szyutsyuan peyk buraxılış mərkəzindən havaya qalxıb. Bu buraxılış "Çjançjen-4-Bi" seriyası daşıyıcıları üçün 622-ci olub. "Çjançjen-4-Bi" üçpilləli maye yanacaq daşıyan raketdir. Missiya Szyutsyuan peyk buraxılış mərkəzində ilin ən soyuq dövrünə, çoxlu qar yağması və qəfil temperatur dəyişikliyi mövsümünə təsadüf edib. Raket üçün qoruyucu qalxan yaradılıb. "Çjançjen-4-Bi" Şanxay Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanıb.
Mənbə
oxu.az