Dünya

Banqladeşin keçmiş baş naziri vəfat etdi

30 Dec 2025, 09:20 1 baxış
Banqladeşin keçmiş baş naziri vəfat etdi
Banqladeşin keçmiş baş naziri və ölkənin Milli Partiyasının (BNP) rəhbəri Xaleda Ziya 80 yaşında vəfat edib. Oxu.Az xəbər verir bu barədə sabiq nazirin rəhbərlik etdiyi partiyadan məlumat verilib. Dekabrın 2-də Xaleda Ziyanın uzun müddətdir davam edən qaraciyər, böyrək və ürək ağırlaşmaları səbəbindən xəstəxanada intensiv müalicə aldığı barədə açıqlama verilmişdi. Məlumata görə, Ziya 1991-ci ildə Banqladeşin baş naziri postunu tutub. O bu vəzifəni tutan ilk qadın olub. 1996-cı ildə müxalifətin etirazları səbəbindən istefa verməyə məcbur olub, lakin 2001-ci ildə yenidən baş nazir vəzifəsinə qayıdıb. Xanım siyasətçi 2006-cı ilə qədər hökumətin ən yüksək vəzifəsində qalıb. O, 2007-ci ilin sentyabrında korrupsiya ittihamları ilə həbs edilib və bir il sonra girov müqabilində azadlığa buraxılıb. Sonradan keçmiş baş nazirə qarşı onlarla iş qaldırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər