Dünya

Böyük Britaniyada it sahibinin həyatını xilas etdi

30 Dec 2025, 08:16 1 baxış
Böyük Britaniyada it sahibinin həyatını xilas etdi
Böyük Britaniyada labrador cinsindən olan it çimərlikdə huşunu itirən sahibinin həyatını xilas edib. Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 71 yaşlı Devid Hovart dənizdə üzdükdən sonra çimərlikdə gəzərkən huşunu itirib. Onun köməyinə Bo adlı iti gəlib. İtin qeyri-adi davranışları yaxınlıqdakı bir qadının diqqətini cəlb edib. Ətrafdakı insanlar huşunu itirən şəxsə ilkin tibbi yardım göstəriblər, daha sonra şəxs xəstəxanaya aparılıb. Reanimasiyaya yerləşdirilən kişinin ürəyində implantasiya əməliyyatı aparılıb və o, bir həftə sonra evə buraxılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər