Dünya
Braziliyada əyləncəli yarış ölümlə nəticələndi
Braziliyada bir kurortda keçirilən qarpız yemə yarışı zamanı iştirakçı ölüb. Oxu.Az xəbər verir ki, məlumat "Daily Mail" nəşrinə istinadən verilib. 37 yaşlı Karlos Serasomma həyat yoldaşının gözü qarşısında müsabiqədə iştirak edərkən dünyasını dəyişib. Faciə San-Pedru şəhərində baş verib. Yarışda Karlos bir qarpız dilimini əllərini istifadə etmədən sürətlə yeməli olub. Lakin yarışın başlanmasından bir neçə dəqiqə sonra o, boğulmağa başlayıb və huşunu itirib. Şahidlərin sözlərinə görə, kurort işçiləri və qonaqlar Karlosu xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Bildirilib ki, kişinin ölüm səbəbi nəfəs yollarının tutulması olub. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Mənbə
oxu.az