Dünya
İspaniyada qar uçqunu: Ölənlər var
İspaniyanın Pireney dağlarında baş verən qar uçqunu nəticəsində üç xizəkçi həlak olub, bir nəfər isə xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə İspaniya Mülki Qvardiyası sosial şəbəkələrdə məlumat yayıb. Məlumata görə, axtarış-xilasetmə əməliyyatı ikinci itkin düşmüş şəxsin meyitinin tapılmasından sonra başa çatdırılıb. Qar uçqunu təxminən 2 200 metr yüksəklikdə, Pantekos xizək kurortunun yaxınlığında qeydə alınıb. Qar altından xilas edilən qadın hipotermiya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Mənbə
oxu.az