Dünya

Tramp: "Putin mənə iqamətgahına hücumun olduğunu dedi"

30 Dec 2025, 00:36 1 baxış
Tramp: "Putin mənə iqamətgahına hücumun olduğunu dedi"
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin prezident iqamətgahına hücumla bağlı ona şikayət etdiyini bildirib. Oxu.Az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət başçısı jurnalistlərə danışıb.
"Putin bu barədə mənə danışdı. Dedi ki, ona hücum edilib. Bu, yaxşı deyil. Heç yaxşı deyil. Unutmayın ki, mən "Tomahavklar"ın Ukraynaya tədarükünü dayandırdım. Müharibə aparmaq ayrı, onun evinə hücum etmək isə ayrı bir işdir. İndi bunun vaxtı deyil", - deyə ABŞ prezidenti qeyd edib. O, həmçinin jurnalistin Rusiya tərəfinin yalan məlumat yaymasının mümkünlüyü ilə bağlı sualını da cavablandırıb. "Dediyiniz kimi, hücumun olmaması da mümkündür, amma Putin mənə belə bir hücumun olduğunu dedi", - Tramp qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər