Dünya

HƏMAS-ın hərbi qanadının lideri və sözçüsü öldürülüb

29 Dec 2025, 19:12 1 baxış
HƏMAS-ın hərbi qanadının lideri və sözçüsü öldürülüb
Fələstinin HƏMAS hərəkatı təşkilatın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının liderinin və mətbuat katibinin öldüyünü təsdiqləyib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın yeni sözçüsü açıqlama verib. "İzzəddin əl-Qəssam Briqadalarının lideri Məhəmməd Sinvar Qəzzada öldürülüb. Biz, həmçinin qrupun sözçüsü Əbu Ubeydənin öldürüldüyünü də təsdiqləyirik, lakin biz onun işini davam etdirəcəyik", - deyə HƏMAS-ın hərbi qanadının yeni mətbuat katibi vurğulayıb. Yeni mətbuat katibinin adı hələ açıqlanmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər