Dünya

Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilir

29 Dec 2025, 18:44 1 baxış
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilir
Türkiyə və Ermənistanın diplomatik, xidməti və xüsusi pasport sahibləri 1 yanvar 2026-cı il tarixindən etibarən ödənişsiz olaraq e-viza ala biləcəklər. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu qərar iki ölkə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında əldə olunmuş razılıq çərçivəsində və qarşılıqlı əsasda qəbul edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər