Dünya

Türkiyəli jurnalist Fatih Altaylı barəsində verilən həbs qərarı ləğv olundu

29 Dec 2025, 18:54 1 baxış
Türkiyəli jurnalist Fatih Altaylı barəsində verilən həbs qərarı ləğv olundu
22 iyun tarixindən həbsdə saxlanılan türkiyəli jurnalist Fatih Altaylı barəsində azadlığa buraxılma qərarı verilib. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, şəxsi "YouTube" kanalında apardığı canlı yayım zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan və təhdid xarakterli ifadələr səsləndirdiyi iddiası ilə həbs olunan Fatih Altaylının azadlığa buraxılması ilə bağlı hökm elan edilib. Xatırladaq ki, jurnalist barəsində "Prezidenti hədələmək" ittihamı ilə cinayət işi açılmış və o, 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Altaylının vəkilləri bu qərardan apelyasiya şikayəti vermişdilər. Regional Apelyasiya Məhkəməsi şikayətə baxdıqdan sonra jurnalistin azadlığa buraxılması barədə qərar qəbul edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər