Dünya
ABŞ İranla yenidən danışıqlara başlayır?
ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla danışıqlara başlamaq üçün növbəti cəhd edib. Oxu.Az xəbər verir ki, məlumatı "Azad İran" "Telegram kanalı" yayıb. Qeyd olunur ki, Vaşinqton ilkin olaraq bu təşəbbüsün nəticə verib-verməyəcəyini yoxlamaq niyyətindədir. Məsələ İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfəri və Trampla görüşü fonunda gündəmə gəlib. İsrail tərəfinin Tramp administrasiyası ilə İranın ballistik raket proqramını və mümkün birgə addımların müzakirəsini planlaşdırdığı bildirilir. Eyni zamanda, Amerikanın hökumət təmsilçiləri İranla rəsmi danışıqlara hazır olduqlarını bildiriblər.
Mənbə
oxu.az