Dünya

Qırğızıstanın keçmiş prezidenti bütün dövlət mükafatlarından məhrum edildi

29 Dec 2025, 09:16 1 baxış
Qırğızıstanın keçmiş prezidenti bütün dövlət mükafatlarından məhrum edildi
Qırğızıstan prezidenti Sadır Japarov keçmiş dövlət başçısı Almazbek Atambayevi bütün dövlət mükafatlarından məhrum edib. Oxu.Az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. "Qırğızıstan Prezidenti Sadır Japarov Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmünə əsasən Almazbek Şarşenoviç Atambayevin dövlət mükafatlarından məhrum edilməsi barədə fərman imzalayıb", - deyə məlumatda bildirilib. Keçmiş prezident ölkənin ən yüksək mükafatı olan "Qırğızıstan Qəhrəmanı", 2-ci dərəcəli "Manas" ordeni, "Danaker" ordeni və "Dənk" medalından məhrum edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər