Digər

Atambayev bütün dövlət mükafatlarından məhrum edildi

29 Dec 2025, 09:22 1 baxış
Atambayev bütün dövlət mükafatlarından məhrum edildi

Qırğızıstan Prezidenti Sadır Japarov sabiq dövlət başçısı Almazbek Atambayevi bütün dövlət mükafatlarından məhrum edib.


Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan liderinin Mətbuat Xidməti məlumat yayıb.


"Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmünə əsasən Almazbek Şarşenoviç Atambayevin dövlət mükafatlarından məhrum edilməsi barədə fərman imzalayıb", - məlumatda bildirilib.


Qeyd edək ki, sabiq prezident ən yüksək mükafat olan "Qırğızıstan Qəhrəmanı", həmçinin 2-ci dərəcəli “Manas” ordeni, “Danaker” ordeni və "Dənk" medalından məhrum edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər