Digər
ABŞ İraqdakı bütün hərbi bazaları təhvil verdi
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İraqdakı bütün hərbi bazalarını ölkə hakimiyyətinə təhvil verib.
Axar.az xəbər verir ki, bunu İraqın təhlükəsizlik orqanlarının mətbuat xidmətinin rəhbəri Səad Maan deyib.
“Beynəlxalq koalisiya bütün hərbi bazaları və qərargahları İraq hakimiyyətinə təhvil verib. Sentyabrın 30-dan sonra İraqda koalisiyanın döyüş və ya təlim qüvvələri qalmayacaq”, - o bildirib.
Maan qeyd edib ki, İraq hərbçiləri Qərb qoşunlarının ölkədən çıxarılmasından sonra ölkənin təhlükəsizliyini təmin etməyə hazırdır.
Mənbə
axar.az