Dünya

Zelenski: "ABŞ Ukraynanın bərpasına 700-800 milyard dollar ayıra bilər"

28 Dec 2025, 00:00 1 baxış
Zelenski: "ABŞ Ukraynanın bərpasına 700-800 milyard dollar ayıra bilər"
"Ukraynanın bərpası ilə bağlı ABŞ tərəfindən 700-800 milyard dollarlıq vəsaitin ayrılması müzakirə olunur". Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb. O qeyd edib ki, tərəflər sülh planının bir hissəsi olaraq 2040-cı ilə qədər Ukraynanın bərpası üçün yol xəritəsi üzərində işləyirlər. "Biz bərpa üçün 700-800 milyard dollar gözləyirik. Daha böyük məbləğ üçün strategiya var, amma hələlik bu barədə ətraflı danışmaq istəmirəm", - deyə o qeyd edib. Onun sözlərinə görə, bu planları həyata keçirmək üçün ABŞ ilə birgə bir neçə fondun yaradılması müzakirə olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər