Dünya
Hava şəraiti ABŞ-də 12 mindən çox uçuşa təsir etdi
Qeyri-sabit hava şəraiti səbəbindən ABŞ-də son sutka ərzində 12 000-dən çox uçuş ləğv edilib və ya gecikib. Oxu.Az xəbər verir ki, bunu "FlightAware"in məlumatları sübut edir. Məlumata görə, ötən gün axşam saatlarında 8 900 uçuş təxirə salınıb, daha 1 710 uçuş isə ləğv edilib. Bu gün isə 637 uçuş ləğv edilib, daha 1 245 uçuş isə təxirə salınıb. Ən çox ləğv və gecikmə "JetBlue" və "Delta Airlines" şirkətlərinin reyslərində qeydə alınıb.
Mənbə
oxu.az