Dünya
Tayvan sahillərində güclü zəlzələ baş verib
Tayvan sahillərində 6.7 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib. Zəlzələnin episentri təxminən 397 000 insanın yaşadığı Kilunq liman şəhərindən 63 kilometr cənub-şərqdə, ocağı isə 68 kilometr dərinlikdə yerləşib. Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Mənbə
oxu.az