Dünya

Yaponiyalı boksçu Naoya İnue titulunu altıncı dəfə müdafiə etdi

27 Dec 2025, 20:48 1 baxış
Yaponiyalı boksçu Naoya İnue titulunu altıncı dəfə müdafiə etdi
Yaponiyalı boksçu Naoya İnue ikinci ən yüngül çəki dərəcəsində (55.22 kq-a qədər) mütləq dünya çempionu titulunu altıncı dəfə müdafiə edib. Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat yayıb. Məlumata görə, yaponiyalı Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində meksikalı David Pikassonu məğlubiyyətə uğradıb. Döyüş tam 12 raund davam edib və hakimlər yekdilliklə qələbəni İnueyə veriblər: 119-109, 118-110, 117-111. Qeyd edək ki, yapon boksçu artıq peşəkar rinqdə 32 qələbə qazanıb və heç vaxt məğlub olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər