Digər

Zelenski Trampla bu 5 məsələni müzakirə edəcək

27 Dec 2025, 20:45 1 baxış
Zelenski Trampla bu 5 məsələni müzakirə edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə sabah keçiriləcək görüşdə müzakirə olunacaq mövzular barədə açıqlama verib.


Axar.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.


Zelenski bildirib ki, görüşdə 5 əsas məsələ müzakirə olunacaq: Ukrayna-ABŞ, Ukrayna-Avropa təhlükəsizlik zəmanətləri, hərbi istiqamət, rifah və bərpa, həmçinin ardıcıl fəaliyyət planı.


"ABŞ tərəfi, şübhəsiz ki, bütün bunları Rusiya tərəfi ilə də müzakirə edəcək və bizə geridönüş edəcəklər", - deyə Ukrayna lideri əlavə edib.


Qeyd edək ki, dekabrın 28-də iki ölkənin lideri Florida ştatında görüşəcək. Zelenski görüşdə sülh planı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağı düşünür.

Mənbə axar.az

Oxşar Xəbərlər