Dünya
Ukraynada deputatlardan ibarət cinayətkar qrup ifşa olunub
Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAPO) ilə birlikdə deputatların olduğu mütəşəkkil cinayətkar qrupu aşkar edib. Oxu.Az xəbər verir ki, bu barədə NABU-nun Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, qrup üzvləri Ukrayna Ali Radasında səsvermə üçün qanunsuz gəlirlər əldə ediblər. NABU-dan istintaqın təfərrüatının daha sonra dərc olunacağı da bildirilib.
Mənbə
oxu.az