Dünya

Tokioda ölkə tarixində ən sürətli ev interneti istifadəyə veriləcək

27 Dec 2025, 05:14 1 baxış
Tokioda ölkə tarixində ən sürətli ev interneti istifadəyə veriləcək
Yaponiyanın telekommunikasiya nəhəngi "NTT East" supersürətli ev internetinin istifadəyə verilməsi planlarını elan edib. Oxu.Az "Techblog.comsoc.org"a istinadən xəbər verir ki, 2026-cı ilin mart ayından etibarən Tokio sakinləri 25 Gbit/s-ə qədər sürət təklif edən optik lifli internetə (FTTH) qoşula biləcəklər. Müqayisə üçün qeyd edək ki, hazırda Yaponiyada kütləvi istehlakçılar üçün mövcud olan maksimal sürət 10 Gbit/s ilə məhdudlaşır. "Flet Hikari 25G" adlanan yeni tarif "best-effort" prinsipi ilə işləyəcək, yəni mövcud şəraitdə mümkün olan ən yüksək sürət təqdim olunacaq. Eyni zamanda Yaponiyada elmi-tədqiqat institutları və laboratoriyalarda məlumat ötürülməsi texnologiyaları da təkmilləşdirilir. Yaxın vaxtlarda tədqiqatçılar eksperimental optik lif vasitəsilə 1 petabit/saniyədən (bir milyon giqabitdən çox) artıq məlumat ötürmə sürətinə nail olublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər