Dünya

"Trust Wallet" kriptokisəsinin istifadəçiləri haker hücumu nəticəsində yeddi milyon dollar itiriblər

27 Dec 2025, 04:31 1 baxış
"Trust Wallet" kriptokisəsinin istifadəçiləri haker hücumu nəticəsində yeddi milyon dollar itiriblər
"Trust Wallet" kriptokisəsi haker hücumuna məruz qalıb, nəticədə istifadəçilər yeddi milyon dollardan çox vəsait itiriblər. Oxu.Az bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir. Hadisə yalnız "Chrome" brauzeri üçün olan genişlənmənin 2.68 versiyasına təsir edib. Genişlənmənin digər versiyaları və mobil tətbiq təhlükəsiz qalıb. "Binance"in qurucusu və "Trust Wallet"ə sahib olan "YZi Labs"ın rəhbəri Çanpen Çjao bildirib ki, komanda brauzer üçün olan 2.68 versiyasından istifadə edənlərə onu dərhal deaktiv etməyi və ya silməyi, daha sonra isə yenilənmiş 2.69 versiyasını quraşdırmağı tövsiyə edib. "Trust Wallet" bütün zərərlərin ödəniləcəyini vəd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər