Digər

Dünyanın ən kiçik avtonom robotları yaradıldı

27 Dec 2025, 03:16 1 baxış
Dünyanın ən kiçik avtonom robotları yaradıldı
Pensilvaniya və Miçiqan universitetlərinin alimləri xarici idarəetmə olmadan proqramlaşdırıla və işləyə bilən kiçik avtonom robotlar hazırlayıblar. Oxu.Az ferra.ru saytına istinadən xəbər verir ki, hər bir robotun ölçüsü təxminən 200 x 300 x 50 mikrometr ölçüsünə malikdir, bu da duz dənəsindən kiçikdir. Robotlar miniatür kompüterlər və sensorlarla təchiz olunub, işıqla qidalanır və mürəkkəb trayektoriyalar üzrə hərəkət edə, temperatura reaksiya verə və davranışlarını ətraf mühit şəraitinə uyğunlaşdıra bilirlər. Bu mikrorobotlar Selsi şkalası üzrə dərəcənin üçdə biri dəqiqliyi ilə temperaturu avtonom şəkildə ölçmək qabiliyyətinə malikdirlər ki, bu da ayrı-ayrı hüceyrələrin sağlamlığını müşahidə etmək üçün imkanlar açır.
Dünyanın ən kiçik avtonom robotları yaradıldı
Mənbə oxu.az

Oxşar Xəbərlər