Digər
Türkiyədə dəhşətli qəza: 7 nəfər öldü
Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda avtobusun avtomobillə toqquşması nəticəsində 7 nəfər həlak olub, xeyli sayda insan yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, qəza Qaziantep-Osmaniyye magistralında baş verib.
Qəzanın səbəbləri bəlli deyil, araşdırma aparılır.
Mənbə
axar.az