Dünya

Yaponiyanın dövlət büdcəsində son 28 ildə ilk yaşanacaq

27 Dec 2025, 03:01 1 baxış
Yaponiyanın dövlət büdcəsində son 28 ildə ilk yaşanacaq
"Yaponiyanın növbəti maliyyə ilində dövlət büdcəsinin ilkin saldosu son 28 ildə ilk dəfə profisitli olacaq". Oxu.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib. "Hökumət tərəfindən təqdim edilən ilkin büdcə 1998-ci ildən bəri ilk dəfə müsbət ilkin saldo göstərir. Düşünürəm ki, biz güclü iqtisadiyyatın qurulması ilə maliyyə dayanıqlığının təmin edilməsi arasında balans yaradan bir büdcə hazırlamışıq", - deyə o, jurnalistlərə açıqlamasında bildirib. Xatırladaq ki, dekabrın 26-da Yaponiya hökuməti 2026-cı maliyyə ili üçün (1 aprel tarixindən başlayacaq) büdcəni təsdiqləyib. Büdcənin ümumi həcmi 122.3 trilyon yen (təxminən 782 milyard dollar) təşkil edir ki, bu da rekord göstəricidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər