Dünya
Platinin qiyməti ən yüksək həddə çatdı
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) platin füçerslərinin qiyməti 2026-ci ilin yanvar ayı üçün çatdırılma ilə bir trua unsiyası üçün ilk dəfə 2 500 dollardan yuxarı qalxıb. Oxu.Az-ın xəbərinə görə, bunu ticarət məlumatları təsdiqləyir. Bakı vaxtı ilə saat 00:14-ə olan məlumata görə, qiymətli metalın dəyəri bir trua unsiyası üçün 2 459.1 dollar təşkil edib (9.4% artıb). Qeyd edək ki, həftənin əvvəlindən birjada dəyərli metallar qiymət maksimumlarını yeniləyirlər.
Mənbə
oxu.az