Digər

Axalayaya qarşı ittiham irəli sürüldü

27 Dec 2025, 01:40 1 baxış
Axalayaya qarşı ittiham irəli sürüldü

Ötən gün saxlanılan Gürcüstanın sabiq müdafiə naziri Baço Axalayaya qarşı ittiham irəli sürülüb.


Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunun məlumatında deyilir.


Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tiflisdə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur.


Törədilmiş cinayət əməllərinə görə 9 ilədək həbs cəzası nəzərdə tutulur.


Baş Prokurorluq sabiq nazir barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.


Qeyd edək ki, Baço Axalaya 2009-2012-ci illərdə Gürcüstanın müdafiə naziri olub. O, məhbuslara işgəncə vermək ittihamı ilə 2012-ci ildə həbs olunub və 9 il müddətinə azadlıqdan məhrum edilib, 2022-ci ilin martında azadlığa çıxıb.

Mənbə axar.az

Oxşar Xəbərlər