Dünya

Tailand Kamboca ilə münaqişədə tutduğu ərazilərdən çıxmaq istəmir

27 Dec 2025, 00:12 1 baxış
Tailand Kamboca ilə münaqişədə tutduğu ərazilərdən çıxmaq istəmir
Tailandın Baş naziri Anutin Çanvirakun bəyan edib ki, Banqkok danışıqlar prosesi çərçivəsində Pnompenin hər iki ölkənin qoşunlarını sərhəd münaqişəsi başlamazdan əvvəlki mövqelərinə geri çəkmək təklifini rədd edir. Oxu.Az bu barədə "Bangkok Post" nəşrinə istinadən xəbər verir. "Biz artıq Tailanda aid olduğunu hesab etdiyimiz ərazilərdə suverenliyi bərqərar etmişik. Biz geri çəkilə bilmərik. Danışıqlar Tailandı üstünlüklərdən məhrum edən mövqelərdən deyil, reallıqlar nəzərə alınmaqla aparılmalıdır", - deyə baş nazir bildirib. Baş nazir qeyd edib ki, Banqkok həmçinin 72 saatlıq atəşkəs rejiminə razıdır və bundan sonra yaydan bəri əsir götürülmüş 18 Kamboca əsgərinin mümkün azad edilməsi nəzərdə tutulur. Qeyd edək ki, Tailand və Kamboca sərhədində toqquşmalar dekabrın 7-də yenidən alovlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər