Dünya
KİV: Son iki həftədə Ukrayna böhranı üzrə ötən ildən daha çox irəliləyiş əldə olunub
ABŞ administrasiyası hesab edir ki, son iki həftə ərzində Ukrayna böhranının nizamlanması prosesində ötən ilin tamamından daha çox irəliləyiş əldə olunub. Oxu.Az bildirir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən xəbər verib. "Rusiya və Ukrayna ilə mümkün olduğu qədər irəli getmişik. Son iki həftədə biz bütün 2024-cü ildəkindən daha çox tərəqqiyə nail olmuşuq. Nizamlanma prosesi düzgün istiqamətdə hərəkət edir", - deyə yüksəkvəzifəli amerikalı məmur deyib. Portalın mənbəsi əlavə edib ki, ABŞ Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin əks olunduğu sənədi ratifikasiya üçün Konqres Senatına təqdim etməyə hazırdır.
Mənbə
oxu.az