Dünya
Gümüşün qiymətində yeni rekord
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti bir trua unsiyası üçün 78 dolları ötərək, tarixi maksimumu yeniləyib. Oxu.Az xəbər verir ki, bunu ticarət platformasının məlumatları təsdiqləyir. Xəbərə görə, gümüşün qiyməti Bakı vaxtı ilə saat 00:17-də 8.86% artaraq, bir trua unsiyasına görə 78.035 dollar təşkil edib. Saat 00:30-a qədər isə qiymət 1 trua unsiyası üçün 77.87 dollara (+8.63%) düşüb.
Mənbə
oxu.az