Dünya
Sergey Ryabkov: "Rusiya və ABŞ arasında nüvə toqquşması riski hələ var"
"Nüvə toqquşması riski hələ tam aradan qaldırılmayıb, Rusiya ABŞ-yə "lazımınca razılaşmağa" hazır olduğu barədə siqnallar göndərir". Oxu.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramının efirində bildirib. 'Belə bir toqquşma riski var və o hələ tam aradan qaldırılmayıb. Biz bütün kanallar vasitəsilə siqnallar göndəririk ki, gəlin nəhayət, lazımi surətdə razılaşaq" , - deyə Rusiya XİN başçısının müavini qeyd edib.
Mənbə
oxu.az