Dünya

Kim Çen Inın ən yaxın silahdaşlarından biri vəfat edib

26 Dec 2025, 21:00 1 baxış
Kim Çen Inın ən yaxın silahdaşlarından biri vəfat edib
Şimali Koreyada Dövlət Şurasının şöbə müdiri, ölkə lideri Kim Çen Inın nüfuzlu silahdaşlarından biri olan Kim Çxan Son vəfat edib. Oxu.Az bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir. Onun ölüm səbəbi açıqlanmır. Agentliyin məlumatında qeyd olunur ki, Kim Çxan Son uzun illər ərzində partiya və dövlət strukturlarında mühüm vəzifələr tutub və ölkə rəhbərliyi ona yüksək etimad göstərib. Kim Çxan Son faktiki olaraq Dövlət Şurası administrasiyasının işinə nəzarət edib və protokol xidmətinə rəhbərlik edərək, mühüm beynəlxalq tədbirlərdə və danışıqlarda Kim Çen Inı müşayiət edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər