Digər

MİT kibercasus şəbəkəyə qarşı əməliyyat keçirdi

26 Dec 2025, 19:58 1 baxış
MİT kibercasus şəbəkəyə qarşı əməliyyat keçirdi

Türkiyiənin Milli Kəşfiyyat Agentliyi (MİT), Kiber Təhlükəsizlik İdarəsi (SGB), Jandarma Baş Komandanlığı (JGK) və Maliyyə Cinayətlərinin Təhqiqi Şurası (MASAK) ilə koordinasiyalı şəkildə kibercasuslara qarşı əməliyyat keçirib.


Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi məlumatları hədəf alan və dövlət qurumlarına məxsus məlumatlara icazəsiz giriş əldə etməyə cəhd edən kibercinayətkar şəbəkənin dörd üzvü saxlanılıb.


MİT-in apardığı araşdırmalar nəticəsində kibercasus şəbəkəsinin terror təşkilatları və mütəşəkkil cinayətkar qruplarla əməkdaşlıq edə biləcəyi müəyyənləşib. Bu səbəbdən, məlumat saxlama cihazları və əlaqə məqsədilə istifadə edilən texniki cihazlar müsadirə olunub.


Hazırda araşdırma davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər