Dünya

ABŞ-də şirkət rəhbərindən işçilərə böyük hədiyyə: 240 milyon dollar mükafat alacaqlar

26 Dec 2025, 13:44 1 baxış
ABŞ-də şirkət rəhbərindən işçilərə böyük hədiyyə: 240 milyon dollar mükafat alacaqlar
ABŞ-nin Luiziana ştatında zavod direktoru əsl Santa Klaus rolunu oynayıb. O, ştatda olan 540 işçisinin hər birinə altırəqəmli mükafat ödəyib, ümumi məbləğ isə 240 milyon dollar təşkil edib. Oxu.Az-ın məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri yazıb. Məlumata görə, zavod direktoru olan Qrem Uoker şirkətini 1.7 milyard dollara satdıqdan sonra belə bir səxavətli jest edib. Hazırda "Fibrebond" şirkətinin keçmiş baş direktoru olan Qrem Uoker "The Wall Street Journal"a müsahibəsində bildirib ki, əgər hazırkı potensial alıcı olan "Eaton" şirkəti müqavilədən əldə edilən gəlirin 15 faizini onun işçilərinə ayırmasa, şirkətini satmağa razı olmayacaq, halbuki işçilərinin heç biri səhmlərə sahib deyildi. 46 yaşlı Uoker qeyd edib ki, bu tələb müzakirə mövzusu deyil. Onun sözlərinə görə, ehtimal edirdi ki, şirkətin onilliklər boyu davam edən yüksəliş, eniş və az qala çöküşdən sağ çıxmasına kömək edən işçilərin çoxu bu sahədən ayrılacaq. İyun ayında işçilər özlərinin fərdi mükafatlarının əks olunduğu möhürlənmiş zərflər almağa başlayıblar. Onlardan bəzisi emosiyalara qərq olub, bəzisi isə bunun zarafat olduğunu düşünüb, digərləri şoka düşüblər. 1995-ci ildə saatda 5.35 dollar maaş müqabilində şirkətdə işə başlayan müəssisənin veteranı Leciya Keyin sözlərinə görə, zərfi açanda özünü itirib. O öz mükafatından ipoteka borcunu bağlamaq və qonşu şəhərdə geyim butiki açmaq üçün istifadə edib. Bu ilin əvvəlində "Eaton" şirkəti "Fibrebond"u əldə etdiyi zaman bağlanan müqavilə adambaşına orta hesabla təxminən 443 000 dollar olmaqla, 540 tam ştatlı işçiyə mükafatların ödənilməsi ilə nəticələnib. Eyni zamanda, bu vəsaitlər keçmiş işçilərlə bağlanmış müqavilələrə uyğun olaraq beş il üçün bölüşdürülüb. Başqa bir işçi mükafatını özünün böyük ailəsini bütünlüklə Meksikanın Kankun kurort şəhərinə köçürmək üçün istifadə edib. İşçilər kredit kartları üzrə borcları bağlayıblar, avtomobillər alıblar, kollecdə təhsil üçün ödənişlər ediblər və ya pensiya yığımlarını artırıblar. Direktorun uzun müddət köməkçilərindən olmuş Honq Blekvell bir neçə yüz min dollar alıb və dərhal təqaüdə çıxıb. Şirkətin logistika bölməsində 15 ildən çox çalışmış vyetnamlı immiqrant Blekvell bildirib ki, mükafatının bir hissəsini yolsuzluq avtomobilinin alınmasına istifadə edib, qalanını isə saxlayıb. Şəhər məmurlarının sözlərinə görə, işçilər borclarını ödədikcə, evləri təmir etdikcə və uzun müddətdir təxirə salınmış alış-verişlərini etdikcə yerli pərakəndə satıcılar xərclərin artdığını müşahidə ediblər. "Fibrebond" şirkəti 1982-ci ildə Uolkerin atası Klod Uolker tərəfindən 10 işçi ilə təsis edilib, işçilər elektrik və telekommunikasiya avadanlıqları üçün anqarlar inşa ediblər. Şirkət 1990-cı illərdə mobil rabitə bumu dövründə çiçəklənib, sonra 1998-ci ildə fabrik tamamilə yandığı zaman süqut etmək təhlükəsi yaşayıb. Uolkerlər, hətta istehsal dayandıqda belə işçilərinə maaş verməyə davam ediblər ki, bu fakt hələ də şirkətin mədəniyyətinin təməli hesab edilir.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər