Dünya

Çin kosmosa rabitə peykləri göndərdi

26 Dec 2025, 12:40 1 baxış
Çin kosmosa rabitə peykləri göndərdi
Çinin Aerokosmik Elm və Texnologiya Şirkəti "SatNet"in 17-ci aşağı orbitli rabitə peyklərini uğurla kosmosa göndərib. Oxu.Az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Proses bu gün yerli vaxtla saat 7:26-da (Bakı vaxtı ilə saat 3:26) Haynan əyalətinin cənubundakı Vençan Peyk Buraxılışı meydançasında həyata keçirilib. Buraxılışda "CZ-8A" raket daşıyıcısından istifadə edilib. Bu obyektlər qlobal peyk internetinin əhatə dairəsini genişləndirmək, məlumat ötürülməsinin sabitliyini artırmaq və ucqar bölgələrdə internetə çıxışı təmin etmək üçün nəzərdə tutulur.
Mənbə oxu.az

Oxşar Xəbərlər