Dünya

Rusiya "Soyuz" raketinin kosmik aparatını orbitə çıxarıb

26 Dec 2025, 02:00 1 baxış
Rusiya "Soyuz" raketinin kosmik aparatını orbitə çıxarıb
Rusiyanın Həştərxan vilayətindəki "Plesetsk" kosmodromundan "Soyuz-2.1a" raket daşıyıcısının kosmik aparatı orbitə çıxarılıb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, raketin buraxılışı və kosmik aparatın hesablanmış orbitə çıxarılması ştat rejimində baş tutub. "Hazırda aparatla stabil telemetrik əlaqə qurulub və saxlanılır. Bort sistemləri ştat rejimində işləyir", - deyə məlumatda qeyd edilir. Aparatla bağlı digər məlumatlar verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər