Dünya

Niger ABŞ vətəndaşlarının ölkəyə girişini qadağan etdi

26 Dec 2025, 00:36 16 baxış
Niger ABŞ vətəndaşlarının ölkəyə girişini qadağan etdi
Niger ABŞ vətəndaşlarına viza verilməsini qadağan etmək qərarı qəbul edib. Oxu.Az bildirir ki, bu barədə Niger Mətbuat Agentliyi diplomatik mənbəyə istinadla xəbər yayıb. Mənbənin bildirdiyinə görə, Niger bu həftə ABŞ vətəndaşlarına vizaların verilməsini tam və qəti şəkildə dayandırıb və bu ölkə vətəndaşlarının Niger ərazisinə girişini müddətsiz qadağan edib. Qeyd olunur ki, qərar qarşılıqlılıq prinsipi əsasında qəbul edilib. Bu addım ABŞ-nin Niger vətəndaşlarının vizasız giriş hüququnu məhdudlaşdırmasından sonra atılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər