Dünya
İsrail Livanda SEPAH-ın tanınmış zabitini öldürüb
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl-Qüds" xüsusi təyinatlı qüvvələrinin zabiti Livanda İsrail pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində öldürülüb. Oxu.Az bildirir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) nümayəndəsi Avixay Edri "X" sosial şəbəkəsində ərəb dilində yaydığı videomüraciətdə məlumat verib. Onun sözlərinə görə, SEPAH-ın xüsusi təyinatlı qüvvələrinin tanınmış zabiti Hüseyn əl-Cövhəri günün birinci yarısında Livanın Bekaa vadisinin şimalında yerləşən Hoş əs-Seyid Əli şəhərində avtomobilə endirilən zərbə nəticəsində öldürülüb. Avixay Edri bildirib ki, iranlı komandir son illərdə Suriya və Livan ərazisində İsrailə qarşı həyata keçirilən əməliyyatlara rəhbərlik edib.
Mənbə
oxu.az