Dünya
ABŞ-də daşqın fəlakəti: Altı bölgədə fövqəladə vəziyyət elan edildi
ABŞ-nin Kaliforniya ştatında güclü yağışlar daşqınlara səbəb olub. Nəticədə yaşayış məntəqələri su altında qalıb, altı bölgədə fövqəladə vəziyyət elan edilib. Bu barədə Oxu.Az ABŞ KİV-ə istinadən xəbər verir. Məlumata görə, San-Bernardino bölgəsində yerləşən Raytvud kurort şəhəri sulara qərq olub. Xilasetmə qrupları suyun səviyyəsinin qalxdığı ərazilərdə bəzi evləri təxliyə edib. Qasırğa səbəbindən 165 mindən çox ev elektriksiz qalıb. Kaliforniya qubernatoru Qevin Nyusom Los-Anceles, Oranj, Riversayd, San-Bernardino, San-Dieqo və Şastada fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Güclü yağış və fırtınanın dekabrın 26-na qədər davam edəcəyi gözlənilir.
Mənbə
oxu.az