Dünya
Şimali Koreya tikilməkdə olan atom sualtı qayığını nümayiş etdirdi
Şimali Koreya lideri Kim Çen In strateji idarə olunan raketlərlə təchiz olunmuş atom sualtı qayığının tikildiyi yeri ziyarət edib. O, respublikanın "nüvə qalxanının" daha da gücləndirilməsinə çağırıb və bunu "indiki nəslin vəzifəsi" adlandırıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat verib. Məlumata görə, Kim Çen In 8 700 tonluq atom sualtı qayığına baxış keçirib. O, yeni "gizli sualtı silahlar" üzrə tədqiqatlarla tanış olub və hərbi-dəniz qüvvələrinin yenidən təşkili və yeni bölmələrin yaradılması üçün strateji planları müəyyən edib. Şimali Koreya lideri strateji atom hücum sualtı qayığının inşasının Şimali Koreyanın özünümüdafiəsi üçün vacibliyini vurğulayıb. Qeyd edək ki, mart ayında Şimali Koreya lideri gəmiqayırma zavoduna baş çəkib və orada ölkənin ilk atom sualtı qayığının inşasının zəruriliyini rəsmi olaraq elan edib. Bu, Kim Çen Inın casus peykləri və bərk yanacaqlı qitələrarası ballistik raketlərlə yanaşı inkişaf etdirməyi vəd etdiyi qabaqcıl silah sistemləri arasındadır. Yerli KİV-in bildirdiyinə görə, Şimali Koreya 150 nüvə başlığına malikdir və bu sayı 2040-cı ildə 400-dək artıra bilər.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az