Dünya

Ermənistanda kilsəyə pulsuz torpaq verilməyəcək: Hökumət qanuna dəyişiklikləri təsdiqlədi

25 Dec 2025, 13:34 1 baxış
Ermənistanda kilsəyə pulsuz torpaq verilməyəcək: Hökumət qanuna dəyişiklikləri təsdiqlədi
Ermənistan hökuməti dekabrın 25-də keçirdiyi iclasda Torpaq Məcəlləsinə Erməni Apostol Kilsəsini pulsuz torpaq almaq hüququndan məhrum edən dəyişikliyi təsdiqləyib. Bu barədə Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir. İclasda respublikanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanın bildirdiyi kimi, təklif dövlət və icma mülkiyyətində olan torpaqların kilsə və digər tikililərin tikintisi, habelə onların saxlanması üçün kilsəyə pulsuz verilməsini nəzərdə tutan maddənin ləğvindən ibarətdir. Bununla belə, Torpaq Məcəlləsində dövlət və icma mülkiyyətində olan torpaqların kilsəyə pulsuz istifadəyə verilməsini tənzimləyən maddə saxlanılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər