Digər

Cənubi Koreyanın raketi qəzaya uğradı

23 Dec 2025, 12:49 1 baxış
Cənubi Koreyanın raketi qəzaya uğradı

Cənubi Koreyanın “İnnospeys” şirkətinin “Hanbit-Nano” ilk kommersiya raketi Braziliyanın Alkantara Kosmik Mərkəzindən buraxılışdan 30 saniyə sonra qəzaya uğrayıb.


Axar.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.


Məlumata görə, uçuş zamanı anomaliya aşkar edilib və raket təhlükəsizlik zonasına düşüb, heç nəyə zərər dəyməyib və itki olmayıb.


Qeyd edək ki, qəzadan sonra “İnnospeys”in səhmləri təxminən 22% düşüb.

Mənbə axar.az

Oxşar Xəbərlər