Digər
Rusiya hücumu: Polşa qırıcılarını havaya qaldırdı
Polşa və müttəfiq ölkələrin hərbi təyyarələri Rusiya tərəfindən Ukraynanın qərbinə endirilən hava zərbələrindən sonra havaya qaldırılıb.
Axar.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Naziliyi məlumat yayıb.
Məlumata görə, nazirlik qırıcı təyyarələrin döyüş hazırlığına gətirildiyini və hava hücumundan müdafiə sistemlərinin gücləndirildiyini açıqlayıb.
Mənbə
axar.az