General Kremldən 16 km məsafədə bombalandı - Ciddi zərbə
Rusiya general-leytenant Fanil Sarvarovun olduğu avtomobilin bombalanmasında Ukraynanın iştirakından şübhələnir, baxmayaraq ki, hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib.
Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” nəşri yazıb.
Bildirilir ki, rus generalının evinin qarşısında və Kremldən 16 kilometrdən az bir məsafədə bombalanması Moskvanın imicinə ciddi zərbə vurur:
"Sarvarov nüfuzlu bir şəxs idi - o, Rusiya Silahlı Qüvvələrinin Operativ Hazırlıq İdarəsinə rəhbərlik edirdi və qoşunların gələcək yerləşdirmələr üçün hazırlanmasından məsul şəxs idi. O, əvvəllər Çeçenistanda və Suriyada xidmət etmişdi".
Qeyd edək ki, ötən gün Moskvanın cənubunda generalın olduğu avtomobildə partlayış baş verib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətlərdən ölüb.